Search

Canaz Group

“Canaz Group”-un bölmələri. Events, Canaz TV, PR&Marketing.

Because Azerbaijan Can!

Haqqımızda

“Canaz Group”-un fəaliyyəti üç istiqamətdədir. “Canaz TV”, “Events” və “PR & Marketing” şöbəsi. “Canaz TV” sosial şəbəkələr üzərindən eyni anda canlı yayımlanan sosial şəbəkələr birliyi kanalıdır. Events şöbəsi dövlət müəssisələrinin, yerli və qlobal şirkətlərin rəsmi, koporativ tədbirlərinin texniki və bədii hissəsinin təşkilini həyata keçirir. PR & Marketing şöbəsi şirkətlərə OMNİ Channel marketing xidməti göstərir.

Can Azərbaycanın hər sahədə uğurlu olduğunu və daima inkişaf etdiyini əsas götürərərək “Because Azerbaijan Can!” şüarı ilə fəaliyyət göstəririk. Məqsədimiz ölkəmizdə mövcud şirkətlərə, dövlət qurumlarına, ayrı-ayrı fərdlərə hərtərəfli media dəstəyi göstərərək onların inkişafına təkan verməkdir.

Fərqli sahədə fəaliyyət göstərən xidmət və ya məhsul təqdim edən müəssisələrin müxtəlif yöndə olan tədbirlərinin A-dan Z-yə təşkili, OMNİ channel marketing, brending, reklam filmləri, video çarxlarının çəkilməsi, motion video, SMM, SMC, Foto çəkilişlər və dizayn xidmətlərini həyata keçirən Canaz Group Azərbaycan bacarır şüarı ilə çıxış edir. Canaz TV də bu şüardan ilham alaraq Azərbaycan mədəniyyətini, adət-ənənələrini, sosial-iqtisadi inkişafını əks etdirən verilişlər təqdim edir. Sürət, sosial media dövrünü və insanların daha az zaman sərf edərək məlumatlanmağa üstünlük verdiyini nəzərə alaraq verilişlərimiz sosial şəbəkələr üzərindən eyni anda canlı olaraq yayımlanır.

Niyə biz?

Bizim işdə detallar çox vacibdir. Biz müştəri istəyini dərindən araşdırıb, detallara diqqət edib, işin ruhunu hiss edərək çalışırıq. Yaradıcı sahə olmasına baxmayaraq işi araşdırıb, planlayıb icra edib və nəzarət edirik.

Bizimlə Əlaqə

İstifadəçilər və tərəfdaşlar

Dəstək

Tərəfdaşlıq / İş müraciətləri üçün

Ümumi sorğular üçün